Qalada "Saipa"ilə "Toyota Prius" toqquşub, 3 ölü
"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb

Bakının Xəzər rayonu Qala qəsəbəsində ağır yol qəzası baş verib.
Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
Məlumata görə, "Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.