XƏBƏRLƏR / Hadisə

Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Bu barədə TƏBİB məlumat verib

Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A. Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

    Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir. 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.