Salyanda yol qəzası olub, 3 nəfər ölüb YENİLƏNİB
Hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb
20:46
Salyan rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 3-ə çatıb.
Noxudlu kənd yolunda baş verən yol qəzası zamanı xəsarət alan Tərlan İmanov həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov da ölüb. V.İmanov T.İmanovun atası olub. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***
17:37
Salyan rayonunda iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
Hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.


Qəzada ölənlər Sabirabad rayon sakinləri - 1965-ci il təvəllüdlü İmanov Vüqar Həsənqulu oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Coşqun Məmmədhüseyn oğludur.
Hadisə zamanı xəsarət alanlar isə Sabirabad rayon sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Mirzağa Həbib oğlu, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Pərvanə Fərhad qızı, onların qızı, 2011-ci il təvəllüdlü Məmmədli Fatimə Mirzağa qızı və qəzada ölən V.İmanovun oğlu, 2011-ci il təvəllüdlü Tərlan Vüqar oğlu İmanovdur.
1 dəqiqə