XƏBƏRLƏR / Hadisə

Cəlilabadda fərdi yaşayış evi yanaraq kül olub

Hadisə rayonun Xəlilli kəndində qeydə alınıb

Cəlilabadda fərdi yaşayış evi yanaraq kül olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

    Hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi qəfil alovlanaraq tamamilə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

    Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.