XƏBƏRLƏR / Hadisə

Yasamalda mərasim evinin tavanı çöküb, 3 nəfər xəsarət alıb

FHN Mətbuat xidməti xəbər verir YENİLƏNİR

Yasamalda mərasim evinin tavanı çöküb, 3 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:15

    Yasamalda mərasim evində tavanın çökməsi nəticəsində xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti açıqlanıb.

    TƏBİB-dən bildirilib ki, yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

    Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub.

    Hadisə nəticəsində 1 nəfər (qadın cinsli) xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir.

    ***

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub.

    FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub.

    Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Hadisə ilə bağlı araşdırma aparılır.