Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda ikimərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
"TRT Haber"ə görə, yanğın zamanı evdə 4 uşaq olub.
Xəstəxanaya aparılan uşaqlardan üçünün həyatını xilas etmək mümkün olmayıb, birinin isə vəziyyəti ağırdır.
Məlumata görə, yanğın zamanı evdə uşaqlardan başqa heç kəs olmayıb.

Yanğının səbəbi barədə hələlik məlumat yoxdur.
1 dəqiqədən az