XƏBƏRLƏR / Hadisə

Ucarda canavarlar kəndə hücum edib - 6 qoyun tələf olub

Kənd sakinləri yırtıcıların insanlara da hücum edəcəyindən ehtiyat edirlər

Ucarda canavarlar kəndə hücum edib - 6 qoyun tələf olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ucarda canavarlar kəndə hücum edib. Hadisə günorta saatlarında rayonun Alpoud kəndində qeydə alınıb.

    Kənd sakini Şəmil Hüseynovun təsərrüfatına soxulan yırtıcı heyvanlar 1 baş xırdabuynuzlunu öldürüb, 5 baş heyvanı isə aparıb.

    Təsərrüfat sahibi bildirib ki, əvvəllər belə hallarla yalnız gecə saatlarında rastlaşsalar da, son zamanlar canavarlar gündüzlər də kəndə hücum edərək heyvanlara zərər verir.

    Kənd sakinləri yırtıcıların insanlara da hücum edəcəyindən ehtiyat edirlər.

    Ucar Rayon İcra Hakimiyyətinin Alpoud kənd üzrə nümayəndəsi Maarif Abbasovun sözlərinə görə, vəziyyətlə bağlı rayon icra hakimiyyətinə məlumat verilib, yaxın vaxtlarda müvafiq tədbirlərin görüləcəyi planlaşdırılır.