Ermənistanda məmur "Maybax"la sakinin divarını aşırıb
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vahram Xaçaturyan xəstəxanaya yerləşdirilib
Erməni Metsamor icmasının rəhbəri özünə məxsus “Mercedes Maybach” markalı avtomobillə qəza törədib
"Shamshyan.com" kriminal xəbər saytının məlumatına görə, ötən gecə saat 03:15 radələrində Armavirdə 40 yaşlı Vahram Xaçaturyan avtomobili yoldan çıxararaq daş hasara və darvazaya çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məmur xəstəxanaya yerləşdirilib.
Xoşbəxtlikdən divarı uçurulmuş həyətdə heç kim olmayıb.