XƏBƏRLƏR / Hadisə

Paşinyanın təyyarəsi dronlara görə Moskvaya enə bilməyib

Bu barədə Rusiya mənbələri xəbər yayıb

Paşinyanın təyyarəsi dronlara görə Moskvaya enə bilməyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  •  Baza agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, Paşinyanın təyyarəsi Ukrayna dronlarının təhlükəsi səbəbindən Moskvaya enə bilməyib.

    Hökumətə məxsus ACJ319 təyyarəsi təxminən bir saat Tver bölgəsi üzərində dövrə vurub, lakin dron təhlükəsi səbəbindən eniş icazəsi verilməyib. Nəticədə təyyarə Sankt-Peterburqdakı Pulkovo hava limanına eniş edib.

    Ermənistanın Baş naziri Hamburqdan Moskvaya yola düşüb və orada Avrasiya İqtisadi Birliyinin (AAİB) Hökumətlərarası Şurasının iclasında iştirak etməlidir.

    Bu arada Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə sistemləri Moskvaya doğru uçan üç PUA-nı vurub.

    Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Vnukovo və Domodedovo hava limanlarında təyyarələrin giriş-çıxışına məhdudiyyətlər qoyulub.