XƏBƏRLƏR / Hadisə

Şəkidə 6 nəfər dəm qazından zəhərləndi

Bu barədə TƏBİB məlumat verib

Şəkidə 6 nəfər dəm qazından zəhərləndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 01:41 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə dəm qazı ilə zəhərlənmə şübhəsi ilə 6 nəfər (kişi cinsli) gətirilib.

    Bu barədə TƏBİB məlumat verib.

    Qeyd edilib ki, onlara zəruri tibbi yardım göstərilib.

    "Vəziyyətləri qənaətbəxş olduğu üçün hər biri evə buraxılıblar", - deyə əlavə edilib.