XƏBƏRLƏR / Hadisə

Şimali Kiprdə batan gəminin qalıqları tapılıb

Qalıqlar dənizin 550 metr dərinliyində tapılıb

Şimali Kiprdə batan gəminin qalıqları tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şimali Kipr sahillərində qəzaya uğrayan gəminin qalıqları tapılıb.

    Bu barədə ölkənin Prezidenti Tufan Erhürman bildirib.

    Qalıqların dənizin 550 metr dərinliyində tapıldığı qeyd olunub.

    Məlumat üçün bildirək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində gəmi qəzaya uğrayıb.

    241 nəfər xilas edilib, 8 nəfər ölüb, 20 nəfər axtarılır.