XƏBƏRLƏR / Hadisə

Kəlbəcərdə avtomobil aşıb, ölən və xəsarət alan var

"Niva" dərəyə aşıb

Kəlbəcərdə avtomobil aşıb, ölən və xəsarət alan var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    "Niva" markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü - Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb.

    Qəza zamanı habelə sərnişin - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralı xəstəxanaya çatdırılıb.

    İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib.

    Faktla bağlı araşdırma aparılır.