XƏBƏRLƏR / Hadisə

Ödənişli avtomobil yolunda ilk ağır qəza, ölənlər var

Faktla bağlı araşdırma aparılır

Ödənişli avtomobil yolunda ilk ağır qəza, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

    Yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Nissan" markalı avtomobil aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva və 59 yaşlı Xalis Babayev aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

    Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

    Faktla bağlı araşdırma aparılır.