 
                                Antalyada "Turkish Airlines"in təyyarəsində tüstülənmə baş verib, sərnişinləri təxliyə edilib.
Türkiyə KİV-i xəbər verir ki, İstanbul-Antalya reysini yerinə yetirən "Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.
Hadisə təyyarə uğurla eniş etdikdən sonra Antalya hava limanında baş verib. Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.
Sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə trapları vasitəsilə təyyarədən təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqədən az
									1 dəqiqədən az 
								 
            
             
            
             
            
             
            
             
            
            