Saratovda yaşayış binası partlayıb
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, biri uşaq olmaqla 3 nəfər ölüb

Saratovda çoxmərtəbəli binada qaz sızması nəticəsində partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, biri uşaq olmaqla 3 nəfər ölüb.
Dağıntılar altında insanlar ola bilər. Hadisə yerində xilasedicilər işləyir.
Partlayış 7-ci mərtəbədən 10-cu mərtəbəyə qədər olan künc girişini dağıdıb.