XƏBƏRLƏR / Hadisə

Şəmkirdə evdə partlayış olub YENİLƏNİB

Ana və qızı xəsarət alıb

Şəmkirdə evdə partlayış olub YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:15

    Şəmkirdə qazsızma nəticəsində ana və 19 yaşlı qızı xəsarət alıb.

    Hadisə nəticəsində ev sahibi 1985-ci il təvəllüdlü Şəhla Əzizova və onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət alıb.

    Yaralılar xəstəxanaya aparılıb, qadının vəziyyəti orta-ağır qiymətləndirilir, qızı isə yüngül bədən xəsarətləri alıb.

    ***

    09:03

    Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış baş verib.

    hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

    Nəticədə ev sahibi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Dərhal əraziyə FHN-nin Şəmkir Rayon Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub.

    Ərazidə yanğın baş verməməsi üçün təhlükəsizlik tədbirləri görülüb.