Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 6 hərbçi ölüb
Onlardan biri generaldır YENİLƏNİB / FOTO
13:48
İspartanın Keçiborlu rayonunda təlim uçuşu zamanı iki hərbi helikopterin toqquşması nəticəsində hərbi helikopter qəzaya uğrayıb. Digər hərbi helikopterin təhlükəsiz eniş etdiyi açıqlanıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Helikopterdə həlak olanlardan birinin Isparta Quru Aviasiya Məktəbinin komandiri briqada generalı İsa Baydilli olduğu bildirilib.
Milli Müdafiə Nazirliyi İspartada qəzaya uğrayan helikopterdə həlak olanların sayının 6-ya yüksəldiyini bildirib.
Ağır xəsarətlərlə xəstəxanaya göndərilən şəxsi heyət üzvünü xilas etmək mümkün olmayıb.
***
13:10
İspartanın Keçiborlu rayonunda təlim uçuşu zamanı iki hərbi helikopterin toqquşması nəticəsində hərbi helikopter qəzaya uğrayıb. Digər hərbi helikopterin təhlükəsiz eniş etdiyi açıqlanıb.
Hadisə yerinə təcili yardım və xilasetmə briqadaları göndərilib.
İsparta valisi Abdullah Erin qəzada 5 hərbçinin həlak olduğunu, 1 nəfərin isə yaralandığını bildirib.