XƏBƏRLƏR / Hadisə

Zərdabda avtomobil aşıb, 2 nəfər ölüb

"Toyota" markalı minik maşını idarəetmədən çıxıb YENİLƏNİB

Zərdabda avtomobil aşıb, 2 nəfər ölüb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:48

    Zərdabda iki nəfərin ölümü ilə nəticələnən qəzada xəsarət alanların diaqnozları məlum olub.

    Rayonun mərkəzi xəstəxanasından verilən məlumata görə, hazırda beş nəfər müalicə alır.

    Bildirilib ki, Məmmədov İntiqam Qnyaz oğlu (1966) hadisə yerində ölüb, Məmmədli Tunar Məftun oğlu (2023) ağır kəllə-beyin travması alıb və beyindaxili qanaxmadan ölüb.

    Xəsarət alanlardan Məmmədova Sona Tehmir qızında (1995) sol körpücük sümüyünün sınığı, sol tərəfli qabırğaların çoxsaylı sınığı, Məmmədova Raya Sərkər qızında (1969) sol tərəfli 1-ci əl sümüyünün sınığı, Məmmədov Məftun İntiqam oğlunda (1991) döş qəfəsinin travması, qabirğaların sınığı, Məmmədov Uğur Məftun oğlunda (2017) səthi zədələnmə dəri sıyrığı, Məmmədli İntiqam Məftun oğlunda (2016) səthi zədələnmə, dəri sıyrığı qeydə alınıb.

    ***

    13:20

    Zərdab rayonunda baş verən avtomobil qəzasında xəsarət alan azyaşlı Tunar Məmmədov ölüb.

    Bununla da qəza nəticəsində ölənlərin sayı ikiyə çatıb.

    ***

    12:54

    Zərdab rayonunda baş verən avtomobil qəzasında bir nəfər - sərnişin İntiqam Qnyaz oğlu Məmmədov ölüb, altı nəfər xəsarət alıb.

    Xəsarət alanlar bir ailənin üzvləri olan Məftun Məmmədov, Sona Məmmədova, Rəna Məmmədova, Tunar Məmmədov, İntiqam Məmmədov (azyaşlı) və Uğur Məmmədovdur (azyaşlı).

    Azyaşlılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

    ***

    11:45

    Zərdab rayonunda avtomobil aşıb, ölən və xəsarət alanlar var.

    Hadisə Zərdab-Kürdəmir avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, "Toyota" markalı minik maşınının idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.