Türkiyənin Konya vilayətində atışma olub.
Hadisə Ereğli vilayətində bir iş yerində baş verib. İki qrup arasında yaranan mübahisə silahlı atışmaya çevrilib.
Hadisə nəticəsində 7-si polis olmaqla 11 nəfər yaralanıb. Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.
Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.