XƏBƏRLƏR / Hadisə

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən var

Yarallar da var

Gömrük əməkdaşları Şabranda qəzaya düşüb, ölən var
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Şabran rayonunda baş verən ağır yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.

    Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

    Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

    Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

    Qəzaya düşənlərin Gömrük Komitəsinin əməkdaşları olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.