XƏBƏRLƏR / Hadisə

İranın Bəndər Abbas limanında ölü sayı 40-a yüksəldi

YENİLƏNİR

İranın Bəndər Abbas limanında ölü sayı 40-a yüksəldi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 21:00

    İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.

    Bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.

    Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.

    ***

    17:45

    İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 36-ya çatıb.

    Bunu İslami Şura Məclisinin Səhiyyə və Tibbi Xidmətlər Komissiyasının üzvü Məhəmməd Camalian deyib.

    Bundan əvvəl ölü sayı 28 nəfər təşkil edirdi.

    ***

    17:16

    İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.

    İran mənbələrinin verdiyi məlumata görə, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə deyib.

    Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb.

    İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.

    Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 1 200-ə yaxın insan yaralanıb.

    ***

    13:28

    İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb. 1139 nəfər yaralanıb.

    Liimanda yanğın 80 % lokallaşdırılıb.

    ***


    09:00

    İranda Bəndər Abbasdakı limanda baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

    Bu barədə "Mehrnews" məlumat yayıb.

    Hadisə zamanı yaralananların sayı isə 800 nəfərə çatıb.