XƏBƏRLƏR / Hadisə

İranda partlayış: 8 nəfər ölüb, 750 nəfər yaralanıb

VİDEO / YENİLƏNİB

İranda partlayış: 8 nəfər ölüb, 750 nəfər yaralanıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 22:49

    İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

    “Tasnim” xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

    Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

    "Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. 

    Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

    ***

    15:58

    İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb. 

    Liman fəaliyyətini dayandırıb.

    Bu barədə təcili tibbi yardım xidmətinin nümayəndəsi Babok Yektaparast məlumat verib.

    ***

    15:20

    İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

    Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.

    Bildirilib ki, onlardan 195 nəfəri Hörmüzqandakı xəstəxanalara yerləşdiriliblər. 

    Məlumatda ölənlərin sayının hələ ki məlum olmadığı da qeyd edilib. 

    Partlayışın səbəbi araşdırılır. 

    ***

    14:40

    İranın Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 115 nəfərə çatıb.

    Bu barədə “Tasnim” məlumat yayıb.

    Bildirilib ki, xəsarət alan 115 nəfər xəstəxanalara yerləşdirilib.

    ***

    14:24

    İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ən azı 80 nəfər xəsarət alıb.

    VİDEO

    Bunu Hörmüzqan əyalətinin təcili xidmətlərinin nümayəndəsi bildirib.

    "İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb", - o qeyd edib.

    Partlayış nəticəsində ölənlərin də olacağı ehtimal edilir.

    Bildirlib ki, partlayış yanacaq saxlama çəninin partlaması nəticəsində baş verib.

    Qeyd olunub ki, partlayış dalğası ofis binasını dağıdıb və limandakı avtomobillərə də ziyan vurub.