XƏBƏRLƏR / Hadisə

Çində baş verən yol qəzasında 5 uşaq ölüb

Xəsarət alanlar da var

Çində baş verən yol qəzasında 5 uşaq ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin şərqindəki Şandun əyalətinin Tayan şəhərində məktəbin qapısı yaxınlığında idarəetmədən çıxan avtobus 11 nəfəri vuraraq xəsarət yetirib.

    Çin Mərkəzi Televiziyasının məlumatına görə, onların arasında beş uşaq da var.

    Faciə səhər tezdən Tayan şəhərinin Dynpin kəndinin yerli məktəblərdən birinin qarşısında baş verib. Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən insanların üzərinə çıxıb. Ölənlər arasında 6 böyük və 5 uşaq var. Qəza zamanı daha 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

    Avtobusun sürücüsü saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.