XƏBƏRLƏR / Hadisə

Ankarada raket zavodunda partlayış baş verib VİDEO

İhlas agentliyi xəbər verir ki, ölənlər var

Ankarada raket zavodunda partlayış baş verib VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Xarici İşlər Nazirliyi Almadağdakı zavodda baş vermiş partlayış nəticəsində həlak olanlarla əlaqədar Türkiyəyə başsağlığı verib.

    "Almadağdakı zavodda baş verən partlayış xəbərini son dərəcə kədərləndirdik. Bu faciəli hadisə nəticəsində həlak olanların ruhunu Uca Allahdan rəhmət eləsin, yaralılara şəfa diləyir, türk qardaşlarımızla həmrəyliyimizi bildiririk. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.

    ***

    Türkiyə Müdafiə Nazirliyi: Ankarada raket zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb

    ***

    Ankarada raket zavodunda partlayış baş verib, hadisə yerinə həkimlər və yanğınsöndürənlər gəlib. İhlas agentliyi xəbər verir ki, ölənlər var. VİDEO

    Xilasetmə xidmətlərindəki mənbə bildirib ki, Ankarada raket zavodunda baş verən partlayışdan sonra ən azı 5 nəfər dağıntılar altındadır, onların xilas edilməsi üçün işlər aparılır.