XƏBƏRLƏR / Hadisə

Laçında ağır yol qəzasında 3 nəfər ölüb

Hadisə Qarakeçdi kəndində baş verib

Laçında ağır yol qəzasında 3 nəfər ölüb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında bir neçə nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Qarakeçdi kəndində baş verib.

    Belə ki, Mahir Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Hadisə nəticəsində sürücü, habelə sərnişinlər; Şəhla Novruzova və Xədicə Novruzova ölüb. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli xəsarətlər alıb.

    Yaralı xəstəxanaya çatdırılıb.

    Fakt araşdırılır.