XƏBƏRLƏR / Hadisə

Metronun daha bir stansiyasında sərnişin qatar yoluna düşüb

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib

Metronun daha bir stansiyasında sərnişin qatar yoluna düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 19:00 radələrində metronun “Ulduz” stansiyasında sərnişin qatar yoluna düşüb.

    “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz Təcili Tibbi Yardım Xidməti dəvət olunub.

    Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

    Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

    Sərnişinin səhhəti barədə əlavə məlumat verilmir.

    Qeyd edək ki, bu gün "Bakı Metropoliteninin" “28 May” stansiyasında da sərnişin stansiya yoluna düşərək ölüb.