XƏBƏRLƏR / Hadisə

Şəkidə baş verən partlayışda xəsarət alan azyaşlılar ölüb

Evdə baş veerən partlayış nəticəsində ana və 2 azyaşlı övladı ağır xəsarət alıb

Şəkidə baş verən partlayışda xəsarət alan azyaşlılar ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şəkidə qaz sızması səbəbində evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.

    Hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.

    Ona qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

    Xatırladaq ki, ötən gün Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.