XƏBƏRLƏR / Hadisə

Laçında yük maşınları toqquşdu, 1 nəfər ölüb

Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır

Laçında yük maşınları toqquşdu, 1 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın-Zabux yolunun 2-ci km-də qəza baş verib. Qəza zamanı "MAN" markalı nəqliyyat vasitəsinin sürücüsü Fərman Hüseynov idarəetməni itirərək qarşıdan gələn Elman Qarayevin idarə etdiyi "MAN" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Hər iki nəqliyyat vasitəsinin sürücüləri müxtəlif dərəcələi bədən xəsarətləri alıblar, tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılarkən Fərman Hüseynov yolda ölüb.

    Faktla bağlı cinayət işi başladılıb, araşdırma aparılır.