XƏBƏRLƏR / Hadisə

İsmayıllıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı

DİN xəbər verir

İsmayıllıdakı ağır qəza ilə bağlı cinayət işi açıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Nəticədə sərnişinlər - 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb.

    Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.