XƏBƏRLƏR / Hadisə

Almaniya ilə Finlandiya arasındakı kabeldə diversiya olub

Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib

Almaniya ilə Finlandiya arasındakı kabeldə diversiya olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Finlandiyada Almaniya ilə dənizaltı rabitə kabelinin qırıldığını bildirirlər, qırılmanın səbəbi araşdırılır.

    Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya ilə Finlandiya arasında kabel qırılması, görünür, təxribat nəticəsində baş verib.

    “İlta-Sanomat” qəzeti yazır: “Santahamindən (Finlandiya) Rostok (Almaniya) istiqamətində uzanan C-Lion1 kabelində nasazlıq aşkarlanıb.

    C-Lion1 kabeli 2016-cı ildə istismara verilib. Onun uzunluğu təqribən 1200 kilometrdir, Rusiyanın “Şimal axını” qaz kəmərinin yanından keçir.

    "Yle" portalının məlumatına görə, bu, birbaşa Mərkəzi Avropaya gedən yeganə Finlandiya sualtı kabelidir. Bundan əlavə, o, Rusiya qaz kəmərləri ilə eyni marşrutla gedir. Aralarındakı məsafə bir neçə yüz metrdir.