XƏBƏRLƏR / Hadisə

Metropoliteninin fəaliyyəti bərpa olunub YENİLƏNİR/FOTO

Bu barədə Bakı Metropoliteni" QSC-dən bildirilib

Metropoliteninin fəaliyyəti bərpa olunub YENİLƏNİR/FOTO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:05

    Metropoliteninin fəaliyyəti bərpa olunub

    "Bakı Metropoliteni" QSC xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.

    "Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik", - deyə metro bəyan edib.

    ***

    14:50

    Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

    Bu barədə Bakı Metropoliteni" QSC-dən bildirilib.

    ***

    13:05

    Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

    Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

    ***

    12:30

    Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib

    İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

    Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov–Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.

    Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək