Bərdədə yaşayış binasının eyvanı uçub VİDEO
Bir nəfər dağıntılar altında qalıb
Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanı uçub.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək, təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.