Qara dənizdə göyərtəsində 11 soydaşımız olan gəmi batıb
Məlumatı "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi verib FOTO/YENİLƏNİB
17:24
"Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin sosial mediada paylaşdığı bir mesajda gəminin "batdığı" iddia edilsə də, bu məlumat təsdiqlənməyib. Marine Traffic-in məlumatına görə, gəmidən son siqnal 28 avqustda, Bakı vaxtı ilə təxminən saat 16:30-da daxil olub.
***
15:01
Ekipajı arasında 11 Azərbaycan vətəndaşının da olduğu "Svetoslava" adlı yük gəmisi Qara dənizdə batıb.
"Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyinin verdiyi məlumata görə, "Kunda" şirkətinə məxsus və Palau bayrağı altında üzən "Svetoslava" yük gəmisi Türkiyənin Samsun limanından Moldovanın Kurkulesti limanına gedərkən naməlum şəraitdə gecə batıb.

Gəmidə 11 Azərbaycan vətəndaşı, bir Türkiyə vətəndaşı və bir Rusiya vətəndaşı olub.

Hamısı sahil mühafizəsinin köməyi ilə xilas edilib və vəziyyətləri qənaətbəxşdir.
1 dəqiqədən az