Berlinin Şpandau rayonunda (Almaniya) qaçqınların yaşadığı binada baş verən yanğın nəticəsində yüzlərlə insan təxliyə edilib.
"Spiegel" xəbər verir ki, bu barədə Berlinin yanğınsöndürmə xidmətindən bildirilib.
Yanğın altımərtəbəli binanın dördüncü mərtəbəsində baş verib. Məlum olmayan səbəbdən dəhlizdəki əşyalar alışıb, bundan sonra tüstü beşinci və altıncı mərtəbələrə yayılıb.
Hadisə yerinə yanğınsöndürmə xidmətinin 74 əməkdaşı cəlb edilib. Dörd nəfər tüstüdən zəhərlənib.
Binanın dördüncü mərtəbəsi yaşayış üçün yararsız vəziyyətə düşüb. Təxminən 50-60 sakin təcili müvəqqəti sığınacağa yerləşdirilib.
1 dəqiqədən az