XƏBƏRLƏR / Hadisə

Rusiyada Su-30 qırıcısı qəzaya uğrayıb, ekipaj həlak olub

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

Rusiyada Su-30 qırıcısı qəzaya uğrayıb, ekipaj həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kareliya Respublikasında Su-30 tipli hərbi təyyarə qəzaya uğrayıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirliyin açıqlamasına görə, təyyarənin ekipajı həlak olub.

    “Bu gün Moskva vaxtı ilə təxminən 19:00 radələrində Kareliyada planlı təlim-uçuş yerinə yetirən Su-30 təyyarəsi qəzaya uğrayıb,” – deyə Müdafiə Nazirliyi bildirib.

    Qurumun məlumatında qeyd edilir ki, təyyarə insanların olmadığı əraziyə düşüb və uçuş döyüş sursatı olmadan həyata keçirilib.