XƏBƏRLƏR / Hadisə

Türkiyədə fabrikdə partlayış: iki ölü

Türkiyə mediası xəbər verir

Türkiyədə fabrikdə partlayış: iki ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib.

    İlkin məlumata görə, partlayış nəticəsində iki fəhlə həyatını itirib. Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.

    Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

    Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.