XƏBƏRLƏR / Hadisə

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Avtobus sürücüsü sürət həddini aşıb

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın şərqindəki Pəncab əyalətində mikroavtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

    Yerli polis orqanlarının məlumatına görə, həlak olanlar arasında qadınlar və uşaqlar da var. Avtobus sürücüsünün sürət həddini aşması səbəbindən idarəetməni itirdiyi bildirilir.

    Hadisə yerinə gələn xilasetmə qrupları və könüllülər yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Onlardan ikisinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

    Qəza ilə bağlı araşdırmalara başlanılıb.