XƏBƏRLƏR / Hadisə

Aşağı Güzdək qəsəbəsində anbarda yanğın məhdudlaşdırılıb

FHN xəbər verir YENİLƏNİB

Aşağı Güzdək qəsəbəsində anbarda yanğın məhdudlaşdırılıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:35

    Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

    FHN-dən verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

    Əlavə məlumat veriləcək.

    ***

    10:01

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anbarda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

    Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.