XƏBƏRLƏR / Hadisə

Efiopiyada kilsədə uçqun olub, 36 nəfər ölüb

200 nəfər yaralı var

Efiopiyada kilsədə uçqun olub, 36 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Efiopiyada kilsələrdən birində tikinti platformasının uçması nəticəsində 36 nəfər ölüb, 200 nəfər xəsarət alıb.

    “Əl Ərəbiyyə” xəbər verir ki, hadisə paytaxt Əddis-Əbəbənin şərqində, hər il keçirilən Müqəddəs Məryəm festivalında iştirak edərkən baş verib.

    Zəvvarların bəziləri dağıntılar altında qalıb, ağır yaralılar xəstəxanaya yerləşdirilib.