Qarabağda rus hərbçiləri güllələnib
Bu barədə "RİA Novosti" agentliyi Rusiya Müdafiə Nazirliyinə istinadən yazır
22:40
Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.
Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
***
Rusiya Müdafiə Nazirliyi xəbər verir:
Sentyabrın 20-də Canyataq qəsəbəsi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil atıcı silahlardan atəşə tutulub.
Atışma nəticəsində avtomobildə olan rus hərbçiləri həlak olub.
Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri hadisənin bütün şəraitini öyrənmək üçün yerində işləyirlər.