XƏBƏRLƏR / Hadisə

Lənkəranda yol qəzasında yeniyetmə hadisə yeridə ölüb

Hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb

Lənkəranda yol qəzasında yeniyetmə hadisə yeridə ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın verdiyi məlumata görə, hadisə rayonun Talışlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və elektrik dirəyinə çırpılıb. Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə FHN-in xüsusi riskli xilasetmə qüvvələri cəlb olunub və meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.