XƏBƏRLƏR / Hadisə

Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

“VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub

Ağdaşda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində ağır yol qəzası baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ”-ın sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, 3 sərnişini və digər nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.