XƏBƏRLƏR / Hadisə

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza

Qatar "Əhmədli" stansiyasında 7 maşınla toqquşub

Bakıda dəmir yolu stansiyasında zəncirvari qəza
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 10:15 radələrində "Azərbaycan Dəmir Yolları "QSC -yə (ADY) məxsus yük qatarı "Əhmədli" stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.

    Bu barədə ADY-dən bildirilib.

    Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

    "ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub.