XƏBƏRLƏR / Hadisə

Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb YENİLƏNİB

Hadisə Abbasbəyli kəndi ərazisində baş verib

Qazaxda yol qəzasında bir kəndin dörd sakini ölüb YENİLƏNİB
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:15

    Qazaxda yol qəzasında ölən 4 nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 4 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    08:42

    Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Abbasbəyli kəndi ərazisində hərəkətdə olan "BMW" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

    Baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində rayonun Fərəhli kənd sakinləri - 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev dünyasını dəyişib.

    Hadisə yerinə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.