XƏBƏRLƏR / Hadisə

Sakit okeanda göyərtəsində 3 min avtomobil olan gəmi yanır

Bu barədə "lloydlist.com" saytı xəbər verir FOTO/YENİLƏNİB

Sakit okeanda göyərtəsində 3 min avtomobil olan gəmi yanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:48

    Gəmi Çindən Meksikaya gedirmiş, yanğının səbəbi məlum deyil.

    22 ekipaj üzvü xilasedici qayıqlara minib gəmini tərk edə bilib və daha sonra onlara ABŞ Sahil Mühafizəsi kömək edib.

    ***

    13:03

    Alyaska sahillərində Sakit Okeanda "Morning Midas" adlı yük gəmisi yanır, göyərtəsində 800-ü elektriklə işləyən 3000 avtomobil var.

    Lloyd's List-ə görə, 2006-cı ildə inşa edilən gəmi Çindən Meksikaya gedirmiş. 22 ekipaj üzvü yanğına nəzarət edə bilməyib və gəminin xilasedici qayığından istifadə edilərək təxliyyə edilib və yaxınlıqdakı konteyner gəmisinə köçürülüb.