Türkiyədə binada yanğın nəticəsində 4 nəfər ölüb
Bu barədə "TRT Haber" məlumat yayıb YENİLƏNİB

Diyarbəkirdə 13 mərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən ana və 3 uşağının cənazələri torpağa tapşırılıb.
***
05 iyun 2025-ci i
22:14
Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli binada yanğın nəticəsində üç nəfər ölüb.
"TRT Haber"ə görə, bu barədə Diyarbəkir valiliyindən bildirilib.
Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.
Hadisə Kayapımar rayonunda baş verib.
Yanan binadan 38 nəfər təxliyə olunub.
Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi məlum deyil.