Cənubi Koreyada bazarda güclü yanğın olub
Bazardakı 292 dükandan 227-si yanaraq məhv olub
Cənubi Koreyanın Soçhon bölgəsində əsasən dəniz məhsulları satılan bazarda baş verən güclü yanğın nəticəsində 227 dükan məhv olub.
Cənubi Koreya mediası xəbər verir ki, yanğın yerli vaxtla yanvarın 22-də gecə saatlarında başlayıb. Hadisə yerinə 45 yanğınsöndürən texnika, 361 yanğınsöndürən cəlb edilib. Güclü küləyin əks-təsiri ilə əlaqədar yanğının söndürülməsi təxminən 9 saat çəkib. Hadisə qeyri-iş vaxtında baş verdiyindən bazarda heç kim olmayıb. Ölən və xəsarət alan olmasa da, bazar böyük dərəcədə zərər görüb. Belə ki, bazardakı 292 dükandan 227-si yanaraq məhv olub. Hələlik yanğının başvermə səbəbləri bilinmir.
Yerli hakimiyyət orqanları bazarın yaxınlılğında yaşayan sakinlərə tüstüdən zəhərlənmə ehtimalı ilə əlaqədar evlərini tərk edərək ərazidən uzaqlaşmağı tövsiyə edib.
Cənubi Koreya Prezidenti Yun Sok Yol yanvarın 23-də hadisə yerinə baş çəkib.