XƏBƏRLƏR / Hadisə

Türkiyədə liseyə silahlı hücum olub FOTO/YENİLƏNİB

11 şagird yaralanıb

Türkiyədə liseyə silahlı hücum olub FOTO/YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:28

    Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşışındakı silahlı insident zamanı 11 nəfər yaralanıb.

    Bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek "X" sosial media hesabında yazıb.

    Nazir yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

    A.Gürlek hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da əlavə edib.

    Şagirdin anası, atası və babası da saxlanılıb.

    ***

    11:42

    Manisanın Turqutlu rayonundakı lisey binasının qarşısında atışma baş verib.

    Hadisə 22 sentyabr 2026-cı il tarixində səhər saat 8:00 radələrində İnci Üzməz Peşə və Texniki Anadolu Liseyində baş verib. Hücumçunun məktəbin şagirdi, 15 yaşlı H.O. olduğu müəyyən edilib.

    Türkiyə mətbuatının məlumatına görə, hücum edən yeniyetmə liseydə bir gün əvvəl "qız üstündə dava" edibmiş.

    İkisi ağr olmaqla 10 şagird ov tüfəngindən atılan güllələrdən yaralanıb.

    ***

    10:33

    "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Türkiyənin Manisa vilayətində məktəbə edilən hücum nəticəsində 8 nəfər yaralanıb.

    Valiliyin yeni açıqlamasında deyilir: "22 sentyabr 2026-cı il tarixində təxminən saat 07:59-da Turqutlu rayonundakı İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin yaxınlığındakı ərazidə silahlı insident baş verməsi ilə bağlı məlumat daxil olub. Məlumatdan sonra əraziyə çoxsaylı təhlükəsizlik və tibbi qruplar göndərilib. İlkin məlumatlar göstərir ki, 8 nəfər zərər çəkib. Yaralılar ən yaxın tibb müəssisəsinə aparılıb.

    Hadisədən sonra silahı atəşə tutduğu güman edilən şübhəli təhlükəsizlik qüvvələrimiz tərəfindən tutularaq nəzarətə alınıb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırma başlanıb".

    ***

    09:56

    Türkiyədə məktəbə silahlı hücum olub.

    Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

    Hadisə ölkənin Manisa vilayətinin Turqutlu rayonunda baş verib.

    Naməlum bir şəxsin lisey qarşısında atəş açması nəticəsində bir neçə şagirdin yaralandığı bildirilib. Məlumatdan sonra əraziyə çoxsaylı polis və tibb qrupları göndərilib. Hadisə səhər saat 8:00 radələrində Turqutlu rayonunun Albayrak məhəlləsindəki İnci Üzməz Peşə və Texniki Anadolu Liseyinin qarşısında baş verib.