Monqolustanda partlayışda 6 nəfər ölüb VİDEO

Daha 11 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Ulan-Batorda qaz daşıyan maşının partlaması böyük yanğın və insan tələfatı ilə nəticələnib.

    Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşını şəhərin küçələrindən birində alovlanıb və partlayıb. Hadisə şahidləri partlayış anını lentə alıblar. Partlayış dalğası qaz çənini yük maşınından 30-40 metr məsafəyə aparıb.
    Partlayışdan sonra yanğın yerli bazara, yaşayış binalarına və avtomobillərə yayılıb. Hadisə nəticəsində azı 5 nəfər həlak olub. Onların arasında üç xilasedici və iki yerli sakin də var. Daha 11 nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Yanğın nəticəsində 20-yə yaxın avtomobil yanıb.

    Yanğınsöndürənlər yanğını lokallaşdırıblar. Təhlükəsizliyə görə ərazidə yaşayan sakinlər təxliyə edilib.