Yanğınsöndürən təyyarə qəzaya uğradı VİDEO

Pilotlar həlak olub

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Yunanıstanda meşə yanğınları ilə mübarizəyə cəlb edilən təyyarə qəzaya uğrayıb.

    Bu barədə yunan KİV-ləri xəbər yayıb.

    Qəza Evia adasının cənub hissəsində baş verib.

    Yanğınsöndürən təyyarə Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsusdur. Qəza zamanı təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu bildirilir.